Gədəbəydə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib.
Hərəkətdə olan VAZ markalı minik avtomobili yoldan çıxaraq körpüdən aşıb.
Qəza zamanı ailənin 3 üzvü, 1985-ci il təvəllüdlü Elbəyi Cəfərov, 1995-ci il təvəllüdlü Aysel Cəfərova və ailəni 5 yaşlı övladı Kamil Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu