Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
Bizim.Media