"Hadisə zamanı "28 May" metro stansiyasına daxil olan qatar xətdən çıxarılıb”.
Bizim.Media xəbər verir ki, bunu “Bakı metropoliteni”nin rəsmisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin qatar "Nərimanov" elektrik deposuna göndərilib, əvəzinə depodan qatar verilib:
“Həlak olan kişi sərnişinin zahirən 65-70 yaşı var”.
Bəxtiyar Məmmədov qeyd edib ki, qatarlar arasında normal intervalın bərpa olunması üçün tədbirlər görülür.
Bizim.Media