İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.
Bizim.Media xəbər verir ki, indiyədək 7 nəfər yaralı olaraq xilas edilib. Onlardan 2-nin vəziyyəti ağırdır.
Bölgəyə 15 ambulans, eləcə də UMKE və AFAD-ın tibbi axtarış-xilasetmə komandaları yönləndirilib.
Axtarış-xilasetmə işləri davam edir.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, xəstəxanaya çatdırılanlardan ikisinin müalicəyə ehtiyacı olmadığı üçün evə buraxılıb.


Bizim.Media