Qəbələ rayonunun Aydınqışlaq kəndində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və təkərləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Sabirabad rayonunun Qalağayın kəndində isə ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli çay evinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media