Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Şuşa şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat rəsmi “X” hesabında yazıb.
“Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla səmərəli görüş keçirdim və abadlıq işləri və məcburi köçkünlərin Şuşaya qayıtması haqqında çox şey öyrəndim.
Mən həqiqətən Şuşaya aşiq oldum və yenidənqurma proqramına heyran qaldım. Buraya yenə qayıdacağam!” , - deyə almaniyalı səfir qeyd edib.

Bizim.Media