Fövqəladə hallar könüllüləri təltif edilib - FOTO

Mayın 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasının akt zalında fövqəladə hallar könüllülərinə sertifikatların təltifetmə mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirdə çıxış edib. Nazir könüllülük hərəkatının ölkəmizdə başlanmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Bildirib ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyinin ilk illərindən etibarən insan amilinə verilən dəyər, gənclərə göstərilən qayğı, təhsildə və ictimai işlərdə fərqlənən gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılması həm də könüllülük hərəkatının başlanmasına və sonrakı illərdə inkişafına təkan verib.
Ulu Öndərin mütərəqqi siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin misilsiz tarixi nailiyyətlərə imza atdığını qeyd edən K.Heydərov, bu gün Azərbaycanda gənclərin inkişafı, onların potensialından səmərəli istifadə və könüllülük fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu istiqamətdə zəruri hüquqi bazanın formalaşdırıldığını diqqətə çatdırıb.

Nazir gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, o cümlədən könüllülük fəaliyyətinin təşəkkül tapmasında göstərdiyi böyük xidmətləri və reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

K.Heydərov çıxışında “Fövqəladə Hallar Könüllüləri” proqramı çərçivəsində növbəti qrup könüllülərin artıq seçildiyini diqqətə çatdırıb, fövqəladə hallar sahəsində praktik vərdişlərə həvəslə yiyələnən, eyni zamanda, müsabiqədə uğur qazanan fövqəladə hallar könüllülərini təbrik edib, onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.

Çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev ölkəmizdə könüllülük fəaliyyətinin təşəkkül tapmasından, bu çərçivədə Fövqəladə Hallar Könüllüləri proqramının qısa müddətdə ciddi uğurlara imza atmasından danışıb, konüllülərin fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.

Mərasimdə fövqəladə hallar könüllülərinin təmsilçiləri – Nəzirə Rəhimli və Arif Aslanov onların bilik və bacarıqlarının reallaşdrılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, proqramı uğurla başa vuran könüllülər estafeti müsabiqədən uğurla keçmiş növbəti qrup könüllülərə ötürüblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

End of content

No more pages to load

RADİO