Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi üç milyon yarım tələb etdi

2021-ci ildə Ağcabədi rayonunda 18 yaşlı qızı zorla qaçıran altı nəfərin məhkəməsi başa çatıb.

Bizim.Media qafqazinfo.az-a Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2000-ci il təvəllüdlü Ramin Allahverdiyev, atası 1968-ci il təvəllüdlü Çərkəz Allahverdiyev, dayısı Ruhid Zeynalov, əmisi oğlu Mütalib Allahverdiyev, əmisi qızı Nərgiz Allahverdiyeva və əmisi oğlunun arvadı Pərvanə Qarayevaya hökm oxunub.

Bildirilib ki, Ramin Allahverdiyev uzaq qohumu olan 2003-cü il təvəllüdlü Röya Tağıyevaya (ad və soyad şərtidir) elçi göndərib. Ailələr ilkin olaraq izdivaca razılaşsa da, sonradan Röyanın ailəsi onların nişanlanmasına qarşı çıxıb və qarşı tərəfə rədd cavabı verilib.

Bundan sonra Ramin atası Çərkəz və digər qohumları ilə Röyanı qaçırmaq məqsədilə plan hazırlayıb. Röya Raminin əmisi qızı Nərgiz və digər qohumu ilə bulağa su gətirməyə gedərkən onlar VAZ markalı avtomobillə hücum edərək gənc qızı zorla qaçırıblar. Daha sonra Ramin qızı apardığı ünvanda zorlayıb.

Məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini tələb edib. Röya və ailəsi dəymiş zərərə görə Raminə qarşı bir milyon, digər beş nəfərin hər birinə qarşı isə 500 min manatlıq mülki iddia da qaldırıb.

Məhkəmə prosesi bu ayın 22-də başa çatıb. Ramin Allahverdiyev Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü (adam oğurluğu və zorlama) maddələri ilə təqsirli bilinib. Ona 13 il həbs cəzası verilib. Raminin atası Çərkəz Allahverdiyev və digər dörd nəfər isə 144.3-cü maddə üzrə təqsirli bilinib.

Çərkəzə 11 il 6 ay, Raminin dayısı Ruhidə və əmisi Mütalibə 10 il 6 ay həbs cəzası verilib. Raminin əmisi qızı Nərgiz və əmisi oğlunun arvadı Pərvanəyə isə verilən 10 illik həbs cəzası 2 il müddətinə sınaq təyin edilməklə şərti hesab edilib.
Bundan başqa mülki iddia da təmin edilib. Ramindən 20 min, Çərkəzdən 10 min, Ruhid və Mütalibdən 2500, Nərgiz və Pərvanədən isə 1000 manat pul məbləğinin tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

End of content

No more pages to load

RADİO