Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.
Bizim.Media xəbər verir ki, Krivoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin "report.az"a verdiyi məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.
Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Krivoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Krivoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.

Bizim.Media