İşləyənlərin DİQQƏTİNƏ: Bu hallarda əlavə maaş ala bilərsiniz

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünməklə (avans olaraq və qalan hissə) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Qanunvericiliyə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir.  

Məsələn, müəssisədə yeni əməkhaqqı sisteminin müzakirə edilərək qərar verilməsi prosesi əməkhaqqının vaxtında ödənilməməsinə səbəb olub. Əməkhaqqı hər ayın 5-dən gec olmayaraq verilməli olduğu halda, ayın 31-i verilib. İşçinin əməkhaqqı məbləği 734 manatdır. Qeyd edilən səbəb işəgötürənin təqsiri ucbatından gecikdirilmə hesab edilir və buna görə işəgötürən işçiyə hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc ödəməlidir. 

Bəs ölkəmizdə bu qayda icra olunurmu?  

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “yenisabah.az“a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu məsələ daha çox işçinin şirkətlə bağladığı kollektiv müqavilələrlə tənzimlənir:  

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilir ki, maaşlar 16 gündən bir olmaqla, ayda 2 dəfə verilməlidir. Ancaq tərəflər arasında bağlanan əmək müqaviləsindəki razılaşmaya görə, ayda 1 dəfə də verilə bilər. Bu eyni zamanda şirkətlə bağlanmış kollektiv müqavilələrlə tənzimlənir. Kollektiv müqavilələr həmkarlar ittifaqları ilə şirkət arasında işçilərin hüquqlarının tənzimlənməsi üçün bağlanır. Digər tərəfdən, gecikdirilmiş gün üçün əməkhaqqına əlavə 1 faizlik ödənc isə o halda mümkündür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi pozulanda işəgötürən işçinin işə çıxdığı zaman ona ödənilməli olan bütün əməkhaqqını ödəməlidir. Əgər ödəmədiyi təqdirdə, işçinin ondan tələb etdiyi müddətcə əməkhaqqını alana qədər almalı olduğu məbləğin 1 faizi həcmində cərimə hesablanması mümkündür”.  

Hüquqşünas müxtəlif səbəblərdən işçinin işəgötürəndən bu hüququ tələb etmədiyini qeyd edib:

“Bəzən işəgötürən tərəfindən hər ayın 31-də ödəmənin gecikməsi halı baş verir. Bununla bağlı işçi işəgötürəndən ödənişin gecikmə faizini də tələb edə bilər. Onu da qeyd edim ki, belə bir praktika Azərbaycanda yoxdur. Çünki faktiki olaraq, işəgötürən bu məsələdə dominant mövqedən çıxış edir. İşçiyə daha izah etməyə çalışır ki, onun maddi vəziyyəti və ya digər səbəblər ucbatından maaşları ödəyə bilmir. Amma qeyd edim ki, hazırda həqiqətən də maaş gecikmələri mövcuddur və işçilərin maddi baxımdan işəgötürəndən maddi asılılığından dolayı heç bir şəkildə işəgötürənə qarşı təzminat iddiasında ola bilmirlər”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

End of content

No more pages to load

RADİO