Ermənistan ərazisindən başlayan və Kür çayına tökülən Ağstafa çayının daşması nəticəsində İcevan icmasının Xaştərək kəndinə gedən körpü qismən dağılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İcevan bələdiyyəsi yayıb.
Mənbə qeyd edir ki, təhlükəsizlik baxımından bu körpüdə nəqliyyatın hərəkəti hazırda qadağan edilib.
Xatırladaq ki, Nikol Paşinyan 1 iyun 1975-ci ildə Ermənistan SSR-in Tavuş regionunun İcevan (tarixi Karvansaray) şəhərində anadan olub.
Bizim.Media