İlk pediatrımızın həyatı: Fransadan Qazaxıstan çöllərinə uzanan YOL - ARAŞDIRMA

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Qərbi Avropa ölkələrində, Rusiya və Türkiyədə ali təhsil almaq məqsədi ilə cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 gənci seçiminə qərar verir. Bunun üçün maddi vəsait də ayrılır. Tələbələr təhsilə göndərildiyi gün onları rəhbər şəxslər yola salır.

Azərbaycanın kadr potensialının təməlini təşkil edəcək 100 seçmə gəncin taleyi isə məhz Sovet hakimiyyətinin qurulması ilə arzuların əksinə dəyişir.

Kimlərsə hətta təhsilini davam etdirmək baxımından maddi çətinlik çəkib elə Avropada həbsə düşür, kimlərsə bolşevik hökumətdən qorxaraq geri qayıtmayıb xarici nüfuzlu təhsil ocaqlarında uğurlar qazanır. Təhsil alıb qayıdanların bir çox ciddi represiyalara uğrayır, kimlərsə isə ömürləri boyu təziqlərə baxmayaraq öz unikal istedad və bacarıqları ilə Azərbaycan üçün böyük işlərə imza atırlar.

Belə tələbələrdən biri də Salyandan Fransaya göndəriləcək Zeynalabdin Hüseynov olur. 1900-cu ildə Salyanın Ərəbqardaşbəyli kəndində  doğulan Zeynalabdin Lənkəran kişi gimnaziyasını bitirdikdən sonra  parlamentin 1919-cu il qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün Tuluza Universitetinə göndərilir.


Tibb üzrə biliklərə sürətlə yiyələnən Zeynalabdin tezliklə Vətənə qayıdıb ölkəsində tibb fəaliyyəti göstərəcəyini xəyal edir. Təhsil aldığı vaxtda  gözəl və varlı bankrin qızı olan Mariya Tereza ilə tanışlığı sevgiyə çevrilir. Nə Zeynalabdinin nə də Terezanın ağlına gəlməzdi ki, onların bu sevgisi tezliklə zamanın sınağına tuş gələcək.

Sevgisi üçün ölümə yollanan fransız milyarderinin qızı, tanımayan diplomlu həkim 
1920-ci ilin 28 aprelində Sovet işğalı həmin o, 100 tələbənin hər birinin həyatını da, arzularını da dəyişir. elə Zeynalabdinin də. Nəriman Nərimanov Sovet Azərbaycanın rəhbərliyində olduğu dövürdə həmin o, 100 tələbənin həm maddi həm mənəvi cəhətdən dəstəklənməsini təmin edir.

Lakin ondan sonra vəziyyət köklü surətdə dəyişir. Gənc Zeynalabdin də Terezanın sevgisinə baxmayaraq Vətənə qayıtmağı qətrara alır.

Tereza da yaxınlarının etirazına baxmayaraq məhz Zeynalabdinlə gedəcəyini bildirir. Belə olduqda Terezanın atası bütün var-dövlətini pula çevirərək  yeganə qızının və Zeynalabdinin adına açdığı hesaba yatırdır. 


Azərbaycana qayıdan sonra isə cütlük diskrimnasiyaya məruz qalır. Geriyə dönüşü olmayan Zeynalabdin  hesabındakı külli miqdarda vəsaiti dövlətə bağışlamaq məcburiyyətində qalır.

Fransada aldığı diplomu tanınmadığı üçün Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə gedir, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıdır. Lakin yenə də onu hər yerə kosmopolitizimdə günahlandırırlar. Fransız kostyumu və fransız ətri vuran, mədəniyyət səviyyəsi yüksək  Zeynalabdinin həyat yoldaşı Tereza da hər yerdə qınağa tuş gəlir. 

Nəhayət  1940-cı ildə onu -Qərb təhsilli "sinifi düşməni" sürgünə göndərirlər. Həyat yoldaşını Sibirə sürgünə yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır. Repressiyanın dəhşətli maddələrinə görə, o, ya ərindən imtina etməli, ya da sürgün olunmalı idi. Tereza ərinin yanına getməyı üstün tutur. Ancaq onu Qazaxıstana deyil, Sibirə sürgün edirlər və orada da dünyasını dəyişir...

Stalin sonrası həyat: İlk aili təhsilli  uşaq pediatırımızın uğurları və müəmmalı ölümü 1948-ci ildə cəza müddətini başa vuran Z.Hüseynbəyov vətənə qayıdır. Stalinin ölümü ilə yumuşalan rejim daha əvvəlki tək Zeynalabdini təqib etmir. O, Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Vəli Axundovun köməkliyi ilə Yevlax rayonuna baş həkim vəzifəsinə göndərilir. Sonra Tibb institutunun rektoru Bahadur Eyvazov onu uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə təyin edir. Fransada ali təhsil almış məşhur həkim tezliklə Azərbaycan SSR-də Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin rəhbəri olur.  O,fransız, ingilis, alman və rus dillərini mükəmməl bilirdi. Azərbaycanda uşaq həkimlərinin hazırlanması üçün böyük işlər görən Zeynalabdin Hüseynov 1959-cu ildə Yeravanda sovet pediatrlarının qurultayı zamanı müəmmalı şəkildə zəhərlənir, Bakıya qayıdan Zeynalabdin Hüseynov vəfat edir. 


Biz onları tanımırıq...

Xaricə təhsil almaq üçün göndərilən 100 gəncin əksəriyyətinin sonrakı taleləri haqqında demək olar məlumat qalmayıb. Kimlərsə ölkəyə qayıdıb əks-inqilabçı kimi sürgünlərdə öldürülür, kimlərsə olmazın əziyyətlərdən sonra ölkənin böyük alim və mütəxəsisinə çevrilir. Xaricdə qalan bir çoxları da dünya şöhrətli uğurlar qazansalarda bir çoxlarının sonrakı həyatı haqqında hər hansı məlumat və tədqiqat yoxdur.  

Əslində biz heş indi də Zeynalabdin Hüseyinbəyovu tanımırıq. Onun daxili dünyası, ayrı düşdüyü sevgisi,keçirdiyi həyacanlar bizə məlum deyil.

İndi onlar, eləcə də Zeynalabdin Hüseyinbəyov həyatda olmasalar da kinomuzun, ədəbiyyatımızın, sənədli film ustalarımızın, araşdırmaçılarımızın  vəzifəsi həm də onları bizə yenidən qaytarmaqdır. 1920-ci ilin 14 yanvarında  Məhəmməd Əmin Rəsulzadə, İbrahim Əbilov, Səməd bəy Ağamalıoğlu, Aslan bəy Səfikürdski, Abbasqulu Kazımzadə, Əhməd bəy Pepinov tərəfindən  Bakı Dəmir Yolu Vağzalından  böyük ümidlərlə  xarici ölkələrə təhsil üçün yola salınan hər birinin üzündə gülüş və gənclik enerjisi olan həmin 100 tələbəni sözün məcazi mənasında indi həqiqətən Vətənə qaytarmaq zamanıdır. 

P.S. Yazı tarixçi Sahib Həsənovun araşdırmalarına əsasən hazırlanıb. 

Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

End of content

No more pages to load

RADİO