“Yaşıl hidrogeni gələcəkdə yanacaq növü kimi təqdim edirlər”.
Bizim.Media xəbər verir ki, bunu Energetika nazirinin müavini Samir Vəliyev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə bu sahədə Azərbaycanın böyük potensialı var:
“COP29 dövlət siyasətidir və buna görə də davamlı tədbirlər keçiriləcək. COP29-un təhsil sisteminə geniş və müsbət təsirləri olacaq” - deyə, nazir müavini bildirib.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media