Bakıda havada tozun konsentrasiyası normadan artıqdır.
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva yayıb.
Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”, – baş mühəndis vurğulayıb.
Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1,3 dəfə artıq olub.
Bizim.Media