Kürdəmirdə avtomobil qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, eyni markalı iki “Mercedes”in toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda fakt araşdırılır.




Bizim.Media, Aran bürosu