Siyəzənin Böyük Həmyə kənd sakini, 45 yaşlı İftixar Ədalət oğlu Mayılov səhər saatlarında özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, onun DİN-in Regional Mühafizə Xidmətinin əməkdaşı olduğu deyilir.
Siyəzən İH başçısının Böyük Həmyə İƏD üzrə nümayəndəsi Rahib Məmmədov faktı təsdiqləyib.
Ölüm faktını Siyəzən rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu