Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq “Əsgəran” yarımstansiyasının tikintisinə başlanılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC artıq hazırlıqlara başlayıb.
Bildirilib ki, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.
Bizim.Media