Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi Çingiz Qəhrəmanov vəfat edib.
Filialın direktoru Yusif Alıyev Bizim.Media-nın yerli bürosuna bədən tərbiyəsi müəllimi olan Çingiz Qəhrəmanovun Quba şəhərindəki 6 saylı orta məktəbdə də işlədiyini deyib.
O bildirib ki, mərhum xəstəlikdən əziyyət çəkirmiş.
Çingiz Qəhrəmanov bu gün doğulduğu Qubanın Alekseyevka kənd məzarlığında torpağa tapşırılıb.


Fotoda solda mərhum Çingiz Qəhrəmanov
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu