Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki,VOLSVAGEN markalı minik maşını qarşı tərəfdən gələn LADA PRİORA markalı avtomaşınla toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu