Günorta saatlarından başlayaraq muxtar respublika ərazisində yağıntılı hava şəraiti fasilələrlə davam edib, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan və Şahbuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb.
Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub.
Culfa rayonunda isə sürəti 18-22 m/san olan güclü külək əsib.


Bizim.Media