Lənkəranda baş verən qəza nəticəsində sürücü xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Qurumba kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov evində "Kamaz"ın təkərini dəyişən zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb.
O, ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlər S. Həsənova bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.
Yaralı hazırda reanimasiya şöbəsindədir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu