Lənkəranın Hirkan qəsəbəsində nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, VAZ 2107 markalı avtomobil "Kamaz"la geridönmə əməliyyatı zamanı toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələri müxtəlif dərəcələrdə zədələnib.
Hadisə yerində müvafiq polis orqanı tədqiqat aparır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu