İki günlük fasilədən sonra Şəki-Zaqatala rayonlarında yenidən yağış yağmağa başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən iki gün ərzində Şəki-Zaqatala iqtisadi rayonlarında hava sabit keçib.
Lakin ötən axşamdan başlayaraq bölgə rayonlarında yağış yağır. Bölgənin dağlıq və dağətəyi ərazilərində temperatur 8-12, aranda isə 14 dərəcə arasında dəyişir. Belə hava şəraitinin həftənin birinci gününə kimi davam etməsi gözlənilir. Bölgə rayonlarına istirahətə çıxanların, ilk növbədə sürücülərin diqqətinə çatdırılır ki, yolların sürüşkən olmasını nəzərə alsınlar.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu