Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində - FOTO

Almaniyanın Leypsiq şəhərində nəqliyyat nazirləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 1500-dən çox iştirakçısı olan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) yaşıl nəqliyyat mövzusuna həsr olunmuş Sammiti (ITF Summit 2024) keçirilib. Forumun 2-ci vitse-prezidenti olan Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə sammit çərçivəsində keçirilən sərgidə ilk dəfə olaraq milli pavilyonla təmsil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini sammitdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, bu ilin noyabrında Azərbaycanın COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. R.Hümmətov Orta Dəhlizin inkişafı, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan ərazilərinin yaşıl enerji zonası elan edilməsi, ölkəmizdə həyata keçirilən mikromobillik layihələri, yaxın müddət ərzində yerli istehsal vasitəsilə avtobus parkının tam elektrikləşdirilməsi, eləcə də ictimai nəqliyyatın yaşıllaşdırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sammit çərçivəsində bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər ətraflı müzakirə olunub.
Sərgidə yaradılan milli pavilyonda COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, ölkəmizdə nəqliyyat sektorunda karbon qazı emissiyasının azaldılması, “Azərbaycanda mobilliyin transformasiyası” proqramı çərçivəsində həyata keçirilən layihələr və görüləcək işlər haqqında məlumatlar təqdim edilib.

Bakının “Rəqəmsal əkiz”inin yaradıldığı, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işlərinin məhz “Rəqəmsal əkiz”ə əsaslanmaqla icra edildiyi bildirilib.

Hazırda Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən BNF-nin həqiqi üzvüdür. Ötən il Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025 – 2026-cı illər üçün tarixində ilk dəfə BNF-nin prezidenti vəzifəsinə seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

End of content

No more pages to load

RADİO