DİM: 580 şagirdin yazı işinə düzəliş edilib

Martın 3-də və 10-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652 si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

DİM şagirdlərin nəzərinə çatdırır ki, elektron apellyasiya ərizələrinə (//apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər.

Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə SMS məlumat göndərilib.
Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08 faizi) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır.

Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər iyunun 3-4-də şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq.

Xatırladaq ki, martın 3-də və 10-da keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər.

Qeyd: Əvvəlcədən elan edildiyi kimi, kodlaşdırma ilə bağlı olan müraciətlər (məsələn eyni sətirdə iki dairənin qaralanması, dairənin üzərində “X” işarəsi qoyulması, dairəni tam qaralamaq əvəzinə digər işarələrin qoyulması və s.) nəzərə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

End of content

No more pages to load

RADİO