“Milan” baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
İtaliyalı məşqçi 2019-cu ilin oktyabr ayından “Milan”ı çalışdırırdı. Komanda 2021-2022 mövsümündə Piolinin rəhbərliyi altında İtaliya çempionu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media