Cəlilabad xəstəxanasında ölüm faktı qeydə alınıb.
1993-cü il təvəllüdlü Vahid Nuriyev bu gün səhər xəstəxanaya müraciətdən sonra dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qonşusunun dediyinə görə o, bir neçə dəfə xəstəxanaya müraciət edib.
Növbəti müraciət zamanı isə o, məhz xəstəxanada dünyasını dəyişib. Xəstəxanaya ayaqlarının şişməsi ilə bağlı müraciət edən Vahidə əvvəlcə sistem köçürülüb. Onun yanında olan yaxınlarının sözlərinə görə, sistem köçürüldükdən sonra xəstə şoka düşüb.
Yaxınları əlavə ediblərki, mərhum əvvəl də bir neçə dəfə həkimə müraciət edib, lakin hər dəfə ona gözləməyi məsləhət görüblər, beləcə vəziyyəti daha da ağırlaşıb.
Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açıqlamasında bildirilib ki, mərhum bu gün xəstəxanaya müraciət edib və ona ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib.
Daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu