Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.
Bizim.Media xəbər verir ki, İsmayılov Rasim Abutalıb oğlu yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media