Gecə saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobil şəxsiyyəti hələ dəqiqləşdirilməyən qadını vurub.
Ağır xəsarət alan qadın təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu