Səttar Möhbalıyevin məhkəməyə gəlməyini istədilər

Yasamal rayonunda yerləşən “Məhsul” stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun məhkəməsi davam edir. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hazırkı mərhələdə iş materialları tədqiq olunur.

Budəfəki iclasda zərərçəkmiş şəxslərin nümayəndəsi Aslan İsmayılov Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını istəyib.

Vəkil hesab edir ki, cinayət işindəki sənəd-sübutlar və səs yazıları göstərir ki, Səttar Möhbalıyev dövlətin malını-stadionları öz mülkü kimi satıb. A.İsmayılov iddia edir ki, burada tək “Məhsul” stadionundan söhbət getmir: “Çox təəssüf ki, istintaq dövründə də Möhbalıyev dindirilməyib. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırma istəyirik. Amma məhkəmə də bizim vəsatətlərimizi təmin etmir”. 

Zərərçəkmiş şəxslər də vəsatəti müdafiə ediblər. 

Təqsirləndirilən şəxslər isə vəsatətə münasibətdə fərqli mövqedədirlər. Alik Həsənov S.Möhbalıyevin məhkəmədə dindirilməsini istəsə də, Nadir Əliyev bunun əleyhinədir.

Aslan İsmayılov Nadir Əliyevin bu cür davranışını ona verilən yaxşı vədlərlə əlaqələndirir. Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti Səttar Möhbalıyevin məhkəməyə çağırılmasına ehtiyac görməyib. Təqsirləndirilən şəxslər arasındakı səs yazısı isə işə əlavə olunub. Sözügedən səsyazısında deputatın da adı keçir. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. 

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.
N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

End of content

No more pages to load

RADİO