Göyçayda yanğın hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, yanğın hadisəsi Göyçay rayonunun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Əziz Usubova məxsus ümumi sahəsi 47 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasından 160 bağ ot yanıb.
Hadisə yerinə FHN-nin Göyçay rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Fakt araşdırılır.
Bizim Media, Aran bürosu