Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Bir müddətdir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qarşıda yay fəsli gəlsə də, havalar getdikcə soyuyub, yağıntı çoxalmağa başlayıb. Xarici mənbələrdə isə bu il yay fəslinin dəhşətli istilərlə müşaiyət olunacağı ehtimal edilir. Proqnozlar bir neçə ay ərzində temperaturun dözülməz dərəcədə artacağı ilə bağlıdır. 

Bəs ölkəmizdə yay fəsli necə keçəcək? 

Bizim.Media xəbər verir ki, meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında yaxın bir neçə ay ərzində hava şəraitinin necə olacağı ilə bağlı sualları cavablandırıb:

"36 saatdan artıq müddətə verilən hava proqnozları uzunmüddətli proqnozlar adlanır və qısamüddətli proqnozlarla (36 saata qədər müddətə) müqayisədə özünüdoğrultma ehtimalları çox kiçik olur. Ona görə də ölkəmizdə yay fəslinin necə keçəcəyi haqqında indidən verilən proqnozlar çox kiçik ehtimalla özünü doğrulda biləcək. 

Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir.

Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən sərin hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaranır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer dövranı təkrarlanır.

Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi daha çox takrarlanır. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsi tropik hava kütləsinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. Respublikamızın ərazisinin oroqrafik və hipsometrik şəraiti meteoroloji kəmiyyətlərin, xüsusən də havanın temperaturunun ərazi üzrə fərqlərinin yaranmasında ən əsas amillərdəndir". 

Ekspert düzənlik ərazilərdə temperaturun 43 dərəcəyə çatacağını bildirib: 

"İyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcəkdir. Düzən ərazilərimizdə (Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa) mütləq maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir. 
Yay fəsli üçün səciyyəvi olan dolu və leysan yağışların intensivliyi və təkrarlanması dağlıq vilayətlərdə, xüsusən də Böyük Qafqaz dağlarında digər bölgələrlə müqayisədə daha çox müşahidə olunacaq. İyun-avqust aylarında Arazyanı düzənliklər (Naxçıvanda) və Kür-Araz ovalığında mümkün buxarlanmanın orta aylıq miqdarı 135-240 mm arasında tərəddüd edəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Flora Kərimovanın son durumu AÇIQLANDI

Flora Kərimovanın son durumu AÇIQLANDI

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

End of content

No more pages to load

RADİO