Ev təsərrüfatlarının uçotu qaydası TƏSDİQ EDİLİB

Nazirlər Kabinetində “Ev təsərrüfatlarının uçotu Qaydası” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri (bundan sonra – nümayəndəliklər) tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır. 

Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir şəxs və ya şəxslər qrupu) müəyyən edilir.

Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər. 

Həmçinin uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyətinə aparılır.

Uçot yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır, ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınır. 

Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır. Uçotu aparan nümayəndəliklər hər il fevral ayının 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə müvafiq bələdiyyəyə və statistika orqanına məlumat verirlər.
Uçotu aparan nümayəndəliklər tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi, yayılması və verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Flora Kərimovanın son durumu AÇIQLANDI

Flora Kərimovanın son durumu AÇIQLANDI

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

ABŞ və İran arasında TARİXİ ANLAŞMA - İmzalanma tarixi AÇIQLANDI

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Serbiya Prezidenti ilk dəfə Gürcüstana gedəcək

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

End of content

No more pages to load

RADİO