Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, şəhidlə Lerik rayonunun Laman kəndində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.
Şəhid hərbi qaydada dəfn edilib.


Sabutay, Bizim.Media, Cənub bürosu