Şəmkirdə güllələnmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağlalavaşlı kəndində qeydə alınıb.
Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Araşdırma aparılır.
Bizim.Media