Kürdəmirdə 58 yaşlı kişi qəfildən dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayonun Ərşəli kənd sakini, 1966-cı il təvəllüdlü Fərzəliyev Rafiq Əlbirəhim oğlu küçədə gedərkən qəfildən halı pisləşib.
Ətrafdakı insanlar onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.
Bizim.Media