Xaçmaza yağan qısamüddətli leysan yağışları Xaçmaz-Quba yolunda hərəkət edən avtomobillərin hərəkətində çətinlik yaradıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, leysan yağışları Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolu ilə kəsişməsindəki keçiddə problemlərə səbəb olub.
Güclü yağışın gətirdiyi sel suları yolun 15 metrə yaxın ərazisində yığılıb və bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşanıb.
Problemin aradan qaldırılması üçün əraziyə Yol Təsərrüfatı və Dövlət Yol Polisinin əməkdaşları gəliblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu