Canavarlar Cəlilabad rayonunun Moranlı kəndində şəxsi evlərdə yerləşən mal-qara tövləsinə hücum ediblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, canavarlar əsasən Moranlı kənd sakini ixtiyar İsayevə məxsus qoyunlara ziyan vurub.
Onun 6 qoyununu vəhşi heyvan yerində parçalayıb məhv edib, 4 qoyun isə müxtəlif nahiyələrdən zədə alıb. Hadisə gecə saatlarında baş verib.
Kənd sakinlərinin sözlərinə görə, canavarların bu kəndə hücumu təsadüfi hallardandır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu