Qədir Aslanın yaradıcılıq YOLU – Qərbi Azərbaycandan “Respublika”ya – Abel Məhərrəmov yazır...

Mən Qədir Aslanı 50 ilə yaxındır tanıyıram. Daha doğrusu, uzun illər bu imzanı yaxından tanımış, imza sahibi ilə tanış olmaq istəmişəm. Onun Qərbi Azərbaycanın Basarkeçər rayonunun “Bolluq uğrunda” və İrəvanda çıxan “Sovet Ermənistanı” qəzetlərində çap olunan maraqlı və intellektual səviyyəsi yüksək olan yazılarını böyük maraqla oxuyurdum. Bu müəllif məni çox cəlb edirdi və xoşbəxtlikdən onunla yaxından tanış olmaq mənə müyəssər oldu.

Qədir müəllim Bakıda “Respublika” qəzetində çalışarkən mən Bakı Dövlət Universitetinin rektoru idim. Bir dəfə qəzetin baş redaktoru rəhmətlik Teymur Əhmədov zəng etdi və dedi ki, bizim qəzetin hörmətli şöbə müdiri var, xahiş edirəm, onu qəbul edəsiniz. Həm Azərbaycanın ən nüfuzlu nəşrlərindən biri olan “Respublika” qəzetinə, həm də Teymur müəllimə olan rəğbətim bu xahişi yerə salmağa imkan vermədi. Ancaq Qədir Aslanla tanış olduqdan, onun fenomenal yaddaşının bəhrəsi olan Qərbi Azərbaycanla bağlı maraqlı söhbətlərinə qulaq asdıqdan sonra bu rəğbəti üç yerə bölməli oldum – “Respublika” qəzeti, Teymur Əhmədov və Qədir Aslan.

Məlum olduqdan sonra ki, mənim uzun illərdən bəri maraqlı yazıların müəllifi kimi axtardığım Qədir Aslanov (o vaxtlar bu imza ilə tanınırdı) indi söhbətləşdiyim bu yüksək mədəniyyətli, müdrik və vətənpərvər insandır, ona rəğbətim bir az da artdı. Sonra iş belə gətirdi ki, Qədir müəllim universitetlə bağlı respublika mətbuatında bir-birindən maraqlı, oxunaqlı yazılar çap etdirdi, Teymur Əhmədovun tapşırığı ilə BDU ilə “Respublika” qəzeti arasında əlaqələndirici missiyasını həyata keçirməyə başladı, münasibətlərimiz bir qədər də yaxınlaşdı.
Doğrudur, rektor kimi vaxtım çox məhdud olurdu, 25 minə yaxın tələbə, 3 mindən artıq əməkdaşın yüzlərlə problemi olurdu, ancaq Qədir müəllim universitetə gələndə onunla görüşməyə mütləq vaxt tapmağa çalışırdım. Bu dünyagörmüş, həyatın çətin sınaqlarından kişi kimi çıxmış insanın sözlə dolu sinəsindən axıb gələn dərin məzmunlu analitik mühakimələri, vətənə, xalqa ürəkdən bağlı bir vətəndaşın milli təəssübkeşliyi, ürəyin- dəki Qərbi Azərbaycanla bağlı nisgilləri və arzuları məni heyran edirdi.

Düşünürəm ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi qələbənin qazanılmasında vətənin hər bir əsgəri kimi Qədir Aslan kimi jurnalistlərin də özünəməxsus rolu olmuşdur. 30 il ərzində məhz Qədir müəllim kimi ürəyi vətənlə bir vuran qeyrətli, ruhdan düşməyən, qələ- bə qazanacağımıza varlığı kimi inanan jurnalistlərin respublika mətbuatında vətənpərvər ruhlu ardıcıl fəaliyyətinin nəticəsidir ki, insanlarımız, xüsusən də gənc nəsil bir gün torpaqlarımızı düşmən tapdağından azad etməli olduğunu unutmadı, nəinki unutmadı, hətta bu ideyanı həyatının əsas qayəsinə çevirdi.

“Qızıl qələm” mükafatına layiq görülmüş Əməkdar jurnalist Qədir Aslanın həyatdakı ən böyük uğurlarından biri də ailəsi ilə bağlıdır. Oğlu, istedadlı jurnalist Möhsüm Qədiroğlunu gənclik illərindən, universitetdə təhsil aldığı dövrdən yax- şı tanıyıram. Gənc yaşlarından atasının ümidlərini doğruldan, ciddi və çalışqan tələbə kimi julnalistika fakültəsində seçilən Möhsüm sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Xəbərlər şöbəsində redaktor kimi fəaliyyət göstərib, 20 illik bir müddətdə televiziyanın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri olaraq çalışıb. O da atası- nın yolu ilə gedərək çətinliklərə məharətlə sinə gərməyi bacarır, vətən hissini bir an unutmur. Ona görə ki, adının yanında şərəfli bir titul var: Qədiroğlu.

Qədir müəllimin 80 yaşı tamam olur.

Bütün arzuları gerçəkləşən bu insanın ürəyində bir istəyi də qalır – doğma Basarkeçərin dağlarında, dərələrində dolanıb dədə-baba yurdunu ziyarət etmək! Mən çox arzu edirəm ki, Qədir müəllim jurnalistlik fəaliyyətinin əvvəlində olduğu kimi, sonunda da 20 il “Basarkeçər” qəzetində baş redaktor olsun, oradan təqaüdə çıxsın. Mən bu məhsuldar, yaradıcı və daim axtarışda olan əziz qələm adamına uzun və məhsuldar ömür arzulayıram.

Yeni yubileyiniz mübarək, Qədir Aslan!

Abel Məhərrəmov, akademik, BDU üzvi kimya kafedrasının müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalıda "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Xocalıda "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

Həbsdə olan şəxsin gizlətdiyi silahlar tapıldı - FOTO

Həbsdə olan şəxsin gizlətdiyi silahlar tapıldı - FOTO

Nazir ABŞ konqresmeni ilə TRİPP layihəsini müzakirə etdi - FOTO

Nazir ABŞ konqresmeni ilə TRİPP layihəsini müzakirə etdi - FOTO

Peskovdan Belarusun uşaq futbol komandasının avtobusuna endirilən zərbəyə REAKSİYA

Peskovdan Belarusun uşaq futbol komandasının avtobusuna endirilən zərbəyə REAKSİYA

Ukrayna qanadlı raketlər İSTEHSAL EDƏCƏK

Ukrayna qanadlı raketlər İSTEHSAL EDƏCƏK

Ukraynadan Qara dənizdə Rusiyaya AĞIR ZƏRBƏ - FOTO

Ukraynadan Qara dənizdə Rusiyaya AĞIR ZƏRBƏ - FOTO

Paşinyandan müxalifətə ÇAĞIRIŞ: "Bizdən razı deyilsinizsə, küçələrə çıxın, inqilab edin"

Paşinyandan müxalifətə ÇAĞIRIŞ: "Bizdən razı deyilsinizsə, küçələrə çıxın, inqilab edin"

Ağlasığmaz soyğunçuluq: Bankomatı ekskavatorla divardan qopardılar – ANBAAN VİDEO

Ağlasığmaz soyğunçuluq: Bankomatı ekskavatorla divardan qopardılar – ANBAAN VİDEO

DÇ-2026-nın oyununda meydançada gözlənilməz qəza: Su fontan vurdu – VİDEO

DÇ-2026-nın oyununda meydançada gözlənilməz qəza: Su fontan vurdu – VİDEO

16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi

16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi

Xətaidə mağazadan 10 min manat oğurlandı

Xətaidə mağazadan 10 min manat oğurlandı

Bakıda ƏMƏLİYYAT: 51 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO

Bakıda ƏMƏLİYYAT: 51 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO

İnsan üçün hansı heyvan daha faydalıdır: Pişiklər, yoxsa itlər?

İnsan üçün hansı heyvan daha faydalıdır: Pişiklər, yoxsa itlər?

TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini ilə görüşdü

TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini ilə görüşdü

End of content

No more pages to load

RADİO