Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb.
Tərtərdə qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı 2005-ci təvəllüdlü M.Əmirova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media