Gəncə şəhərində dəm qazı can alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində, Fikrət Əmirov parkının yaxınlığında, binalardan birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu