Xəbər verdiyimiz kimi mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
Bizim.Media xəbər verir ki, dövlət başçılarının nahar menyusunda milli, xüsusilə Şuşa mətbəxinin təamları üstünlük təşkil edib.
Prezidentlərin nahar menyusunu təqdim edirik:
Tərəvəz/pendir assorti
Qatıqlı-aş (Şuşa mətbəxi)
Nərə balığından ləvəngi
Tərəvəz küküsü
Vələs (pip) yarpağından dolma
Soğanla qızardılmış toyuq
Sacda mal əti
Təndirdə quzu
Qarışıq kabab
Boyanalı plov (Şuşa mətbəxi)
Şəkərsiz panna-kotta (İtaliya şirniyyatı)
Milli şirniyyatlar

Bizim.Media