Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkət istiqaməti nəzarətə götürülüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.
Qeyd edək ki, yol hələ də bağlıdır. Ərazidə texnikalar işləyir.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu