Lerik rayonunun mərkəzi hissəsindən 18 km uzaqlıqda yerləşən Çayrud kəndində uçqun hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağdan düşən iri qaya parçası yolu bağlayıb.
Lerik Rayon Fövqəladə Hallar komissiyasından verilən məlumata görə, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb.
Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.
Sabutay, Bizim.Media, Cənub bürosu