Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI – RƏSMİ 

Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.

Bildirilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib.

Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılmışdır.

Eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.

Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

End of content

No more pages to load

RADİO