“Yaşlı alimlərimizin ingilis dilini bilməmələri işlərinə mane olur” – Ülkər Səttarova

“Alimlərin rifahının artırılması üçün təkliflər hazırlanıb”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.  

Onun sözlərinə görə alimlərimizin rifahının artırılması çox vacib məsələdir:

“Yaxşı alimlərimiz var. Həqiqətən də buna diqqət edilməli, yeni maliyyə mexanizmləri işlənməlidir. Biz də bu istiqamət üzrə müəyyən təhlillər apararaq, təkliflər hazırlamışıq. Düşünürəm ki, məsələyə kompleks şəkildə baxılanda daha düzgün addımlar atılacaq. Həm optimallaşdırılma, həm maddi motivasiya mexanizmləri, həm də birgə əməkdaşlıqla bağlı problemlərə kompleks şəkildə baxılıb, düzgün həll yolları tapılacaq”. 

Ülkər Səttarova qeyd edib ki, alimlərimizin böyük əksəriyyəti gənclik illəri sovet hökuməti vaxtında keçən adamlardır:

“Beləliklə, onlar üçün elmin dili əsasən, rus dili olub. Söhbət dəqiq və təbiət elmlərindən gedir. Lakin hazırda aparılan elmi aktivliyin ölçülməsi yalnız ingilis dilində nəşr olunan ədəbiyyatların üzərində qurulub. İndi bizim yaşlı nəslin ingilis dilini bilməməsi və ya aşağı səviyyədə bilmələri yaxşı məqalələr hazırlamalarına mane olur.

Orta nəsildə bu problem daha azdır. Amma yenə də var. Bu baxımdan maddi məsələ deyəndə təkcə alimə əməkhaqqı verilməsindən danışmamalıyıq. Məsələn, ana dili ingilis dili olmayan birinin yazdığı məqalənin üzərində çalışmaq lazımdır ki, həmin məqalə elmmetrik bazalarda yerləşdirilən məqalələrin ingilis dili səviyyəsində olsun.
Bu xidmət pulludur. Bu kimi xidmətlərin də təmin olunması üçün alimə vəsait lazımdır. Digər tərəfdən alimlərimizin məqalələrinin açıq girişdə olması üçün də müəyyən ödəniş tələb edilir. Yaxşı jurnal hansısa məqaləni çap etdirmək üçün pul istəmir, amma bu kimi xidmətlərin geniş ictimaiyyətə çatdırılması ödənişlidir və belə olması da normaldır. Hədəfimiz odur ki, bu kimi xidmətləri alimlərimiz üçün əlçatan edək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ: Qaz olmayacaq

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Anar Bayramov Prezidentin təltif etdiyi tibb işçilərini TƏBRİK ETDİ - FOTO

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Robert Koçaryana qarşı cinayət işi başlanacaq

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Əlaqələndirmə Qərargahı Daşbulaq kəndində baramaçılığın bərpası ilə tanış oldu - FOTO

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fazil Mustafaya sui-qəsd edən şəxs barəsində SON QƏRAR VERİLDİ

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

Ağdamda güclü sel qaz xəttini sıradan çıxardı, yolu yuyub apardı - FOTO

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunan Asəf Əhmədova HÖKM OXUNDU

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

Binədə müasir tələblərə uyğun heyvan bazarı açıldı - FOTO

End of content

No more pages to load

RADİO