“14 müəssisədə ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Tural Əhmədov qeyd edib ki, cari ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institutsional, eyni zamanda proqram akkreditasiyası həyata keçirilir:
“İxtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir. İlk olaraq, ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir, təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. Tədrisi davam edən 14 müəssisədə bu proses il boyu həyata keçiriləcək".
Nuranə Daxilqızı, Bizim.Media