Rusiya və Azərbaycan Daxili İşlər Nazirliklərinin birgə keçirdiyi "Sərhəd-Sipər" əməliyyatı ilə bağlı Quba rayon polis şöbəsində ötən gün konfrans keçirilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, tədbirdə Dağıstan və Azərbaycan Daxili İşlər Nazirliklərinin rəsmi şəxsləri və şimal rayonlarının polis rəsmiləri iştirak edib.
"Sərhəd-Sipər" əməliyyatı ilə bağlı görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Hazırda Dağıstan nümayəndə heyəti Qusar rayonuna gəlib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu