Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda Zülfi Hacıyev küçəsində qeydə alınıb.
“Lada Priora” markalı avtomobilin vurduğu velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media