İSTAD Qənirə Paşayevanı mükafatlandırdı - FOTO

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevaya qardaş Türkiyənin İSTAD təşkilatı tərəfindən Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün vermiş olduğu xidmətlərindən dolayı mükafatlandırıb. Mükafatı, Onur belgesini millət vəkili Q.Paşayevaya İSTAD-ın sədri Səfər Karakoyunlu təqdim edib. Mükafat üçün təşəkkürünü ifadə edən millət vəkili Q.Paşayeva bundan sonra da fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün səylərini davam etdirəcəyini bildirib. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ilə görüşüblər. İSTAD sədri Səfər Karakoyunlu və nümayəndə heyəti üzvləri "özümüzü burada öz Vətənimizdəki kimi hiss edirik, biz bir millətin iki dövlətiyik", - deyiblər. Türkiyə nümayəndə heyətinə ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva İSTAD təşkilatının üzvləri ilə görüşdə topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib:"Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə qeyri-hökumət təşkilatlarının üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyətinin üzvləri Azərbaycanı görməkdən, keçirilən görüş və tədbirlərdən çox məmnun olduqlarını və böyük təəssüratla dönəcəklərini və Türkiyədə Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəklərini deyiblər. Müxtəlif layihələr və təkliflər əsasında geniş müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüş iştirakçılarına Azərbaycan, onun tarixi, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbs cəzası ilə bitmir - Məktəblərdə dağıdılan əmlakın ziyanını kim ödəyəcək?

Həbs cəzası ilə bitmir - Məktəblərdə dağıdılan əmlakın ziyanını kim ödəyəcək?

Safurənin İstanbuldakı evini su basdı – FOTO-VİDEO

Safurənin İstanbuldakı evini su basdı – FOTO-VİDEO

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Azərbaycan komandası Avropa çempionatının FİNALINDA

Azərbaycan komandası Avropa çempionatının FİNALINDA

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Azad edilən ərazilərdə elektrik enerjisi ilə təmin olunanların SAYI

Azad edilən ərazilərdə elektrik enerjisi ilə təmin olunanların SAYI

Yasamalda qəzalı yol tıxac yaradır – VİDEO

Yasamalda qəzalı yol tıxac yaradır – VİDEO

Hakan Fidan: “Əlaqəliliyin gücləndirilməsi Asiyada davamlı inkişafı dəstəkləyəcək”

Hakan Fidan: “Əlaqəliliyin gücləndirilməsi Asiyada davamlı inkişafı dəstəkləyəcək”

Bakıda maşını xarab olan sürücü həbs olundu

Bakıda maşını xarab olan sürücü həbs olundu

“Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi

“Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi

Kambocanın Baş naziri: “Sərhədlər və suverenlik güc yolu ilə dəyişdirilməməlidir”

Kambocanın Baş naziri: “Sərhədlər və suverenlik güc yolu ilə dəyişdirilməməlidir”

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçdi

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçdi

Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”

Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”

Abortların sayında KƏSKİN ARTIM

Abortların sayında KƏSKİN ARTIM

Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

Ülvi Qasımzadəyə yeni vəzifə verildi - FOTO

Ülvi Qasımzadəyə yeni vəzifə verildi - FOTO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

End of content

No more pages to load

RADİO